`Əli Həsənovun nəvəsi həbs olunmaya bilər` – Hüquqşünasdan açıqlama


16:50     05 Avqust 2017 nail-qeza_1501842017_15019206668.jpg

Xəbər verdiyimiz kimi avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Qəza nəticəsində “Galendevagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində ölüblər.


Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.


Femida.az bununla bağlı sürücünün hansı məsuliyyətə cəlb oluna biləcəyi barədə hüquqşünas rəyini öyrənib.

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən sürücü beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.

“Sürücünün həbs olunmaması nə dərəcədə realdır?” sualına hüquqşünas belə cavab verib:

“ Bildiyimiz kimi qəza baş verən Heydər Əliyev prospektində sürət həddi o qədər də aşağı deyil. Hadisə zamaanı sürət həddinin yüksək olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur, bunu istintaq müəyyən etməlidir. Ümumiyyətlə, istintaqın nəticəsindən çox şey asılıdır, hər şey ola bilər. Ola bilər ki, burada sürücünün günahı təsdiq edilməsin.
Amma təcrübə göstərir ki, belə ictimai rezonans doğuran hadisələrə görə sürücüyə kiayət qədər sərt cəzalar tətbiq olunur.
Ümumiyyətlə qəza halları nəticəsində baş verən ölüm hadisələri bir qədər fərqlidir. Yəni, sürücü qəzanı qəsdən törətmir. Ona görə də nəzəri cəhətdən mümkündür ki, o həbs olunmasın. Digər şərti cəza alsın.”





Bu, hansı hallarda baş verə bilər?

“Misal üçün sürücü qarşı tərəfə vurulmuş ziyanı tam ödədikdə, zərərçəkmiş şəxsin varisləri ilə barışıq olduqda ona şərti azadlıqdan məhrum etməklə cəza verilə bilər. Bu, məhkəmənin səlahiyyətində olan işdir. Yol nəqliyyat hadisələrində ilk olaraq heç kim deyə bilməz ki, sürücü günahkardır. Çünki bu tip hadisələr qəsdən törədilmir”, deyə Ərşad Hüseynov bildirib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 33144